Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Youtube platforması üzərindən vebinar hazırlamaq

22 oktyabr 2021 702 Baxış
Youtube platforması üzərindən vebinar hazırlamaq

Məhsulların tanıdılması, biznes, təhsil və digər sahələrlə bağlı təlimlərin onlayn platformalarda keçirilməsi vebinarlara olan marağın günü gündən artmasına səbəb oldu. Əlbəttə ki, burada dünya miqyasında yaranan qapanmaların da böyük rolu var idi. Bu period ərzində bir çox yeni vebinar platforması gün üzünə çıxdı. Həmçinin mövcud platformalar da bir çox yeniliklər edərək artan rəqabətə qoşuldular. Onlayn seminar platformaları bizə bir çox üstünlük və faydalar gətirir. Əvvəla istədiyimiz an, istədiyimiz yerdən vebinarlara qoşula bilirik. Bu da vaxta qənaət etməyimizə şərait yaradır. Bu və bunun kimi bir çox digər avantajlar virtual aləmdə keçirilən seminarların çoxalmasına təkan verdi, ancaq bu platformaların bəzi mənfi cəhətləri də var. Ən böyük neqativ tərəflərdən biri isə ödənişlərlə bağlıdır. Bu platformaların bir çoxu pulludur və paketlər üçün tələb olunan qiymətlər hər büdcəyə uyğun deyil. Əlavə olaraq, vebinar təşkil etmək üçün kifayət qədər təcrübəyə sahib olmaq da tələb olunur. Bu isə vebinar sahəsi ilə yeni tanış olan və maddi imkanı çox da yaxşı olmayan insanların yoluna böyük bir maneə qoyur. Xoşbəxtlikdən bəzi tətbiqlər bizə bu işləri heç bir ödəniş etmədən də reallaşdırmağa şərait yaradır. Bu tətbiqlər arasında ən tanınmış və güvənilənlərindən biri YouTube platformasıdır. Bəs, Youtube ilə vebinar necə hazırlanır? Əgər bu suala cavab tapmaq istəyirsinizsə, bu bloq tam olaraq sizə görədir. Bu gün YouTube platformasında vebinar təşkili ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağam.


Youtube ilə pulsuz vebinar 


2005-ci ildən həyatımızda olan dünyanın ən böyük video paylaşım saytı Youtube, istifadaçilərinə vebinar keçirmək şansı da verir. Üstəlik bunun üçün heç bir ödəniş də tələb etmir. İlk vaxtlar  tətbiq Google Hangouts on Air adı ilə bilinirdi. Daha sonradan isə şirkət tətbiqin adını dəyişərək YouTube Live etdi. YouTube Live-in başladılma prosesi çox sadədir, ancaq onlayn seminara başlamazdan əvvəl hər bir istifadəçi açılış səhifəsi və mesaj qutusu seçməlidir. Prosedur vebsaytı olanlar üçün daha sadə olacaqdır. Onlar sadəcə yerləşdirmə bağlantısını kopyalayıb, uyğun bölməyə yapışdıra və açılış səhifəsini yarada bilərlər. Hər hansı bir vebsaytı olmayan şəxslər isə LeadPages və ya Unbounce kimi yardımçı tətbiqlərdən istifadə edə bilərlər. 
Onlayn seminar üçün etməli olduğunuz işləri aşağıda 5 addımda izah edəcəyik. 


Youtubedə tədbir yaratmaq 
Onlayn tədbir keçirmək üçün əvvəlcə bir hesab açmalısınız. Bunun üçün Youtube saytına girib mail və digər məlumatlarınızı yazaraq qeydiyyat keçməlisiniz. Qeydiyyatınızı tamamladıqdan sonra isə Yaradıcı Studiyası (Creator Studio) bölməsinə daxil olmalı, daha sonra isə Canlı Yayım ( Live Streaming) bölməsinə daxil olmalısınız. Bundan sonra isə yeni canlı tədbir keçirmək istədiyinizi bildirib, vebinarla bağlı məlumatları ( vebinarın keçiriləcəyi yer, saat, tarix, və s) qeyd etməlisiniz. Bundan başqa qısa şəkildə onlayn seminarın hansı mövzu haqqında olacağını da qeyd etməlisiniz. Bu hissəni yazarkən elə sözlər seçin ki, izləyicilərdə sizin vebinara qarşı maraq oyansın. Ətraflı Parametrlər (Advanced Settings) bölməsinə daxil olaraq vebinarı keçirəcək şəxsi və mövcud lisenziyaları qeyd edə bilərsiniz. Həmçinin buradan dil və bölgə kimi seçimlər etmək də mümkündür. 


Yerləşdirmə bağlantısı 


Yuxarıda göstərilən bütün düzəlişləri etdikdən sonra sıra onlayn seminarın paylaşılmasına gəlir. Bunun üçün aşağıda qeyd olunan paylaş düyməsinə basmalısınız. Bu zaman sizə yerləşdirmə bağlantısı, yəni linki veriləcək. Bu linki kopyalayıb öz açılış səhifənizə və ya istifadə etdiyiniz digər bir platformaya yapışdırmalısınız. 


Əsas səhifəyə mesaj bölməsi əlavə edin 


Vebinar zamanı sizi izləyən auditoriya ilə ünsiyyət qurmaq çox vacibdir. Youtube platformasında vebinar keçirərkən bunu mesaj bölməsi vasitəsilə edə bilərsiniz. Mesaj bölməsi üçün istifadəçilərin bir çoxu Chatroll or RumbleTalk kimi tətbiqlərin istifadəsini məsləhət görür. Təəssüf ki, bu tətbiqlərin hər ikisi ödənişlidir. Chatroll tətbiqi 10 nəfərə qədər pulsuz istifadəyə imkan verir 50 nəfərə qədər iştirakçı üçün isə aylıq 19 dollar ödəniş etməli olacaqsınız. Bəli, bu bir qədər mənfi xüsusiyyətdir, ancaq mesaj bölməsinin olması vebinarlar üçün çox önəmlidir. Sizi izləyən insanların ağlında onlayn seminarla bağlı sullar yaranacaq və bu sullara cavab almaq istəyəcəklər. Bundan başqa bu tip özəlliklər interaktiv seminar təşkil etməyə də şərait yaradır. 


Açılış səhifəsi linkini paylaşın 


Onlayn seminarın geniş auditoriyalara çatması üçün açılış səhifəsinin linkini bir neçə həftə əvvəl paylaşmağınız yararlı olacaqdır. Tanıtım işlərini reallaşdırmaq üçün siz bir çox üsullardan istifadə edə bilərsiniz. Bu üsullardan biri də vebinar tizeri hazırlamaqdır. Tizer qısa tanıtım, icmal mənası daşıyan bir ifadədir. Eynilə filmlərdə və digər proyektlərdə olduğu kimi vebinarlar üçün də tizerlər hazırlana bilər. Bu reklam çarxları adətən 1 dəqiqədən daha az davam edir və əsas məqsəd potensial vebinar iştirakçılarının diqqətini çəkməkdir. İnsanların diqqətini özünüzə çəkmək üçün edə biləcəyiniz ilk şey video sual ilə başlamaqdır. Misal üçün: Xaricdə təhsil almaq istəyir, ancaq haradan başlamalı olduğunuzu bilmirsiniz? Bu tip suallar insanlar dərhal sizin reklama çəkəcək və onlar vebinarınız haqqında daha çox məlumat almaq istəyəcəklər. Bundan başqa çox izləyicisi olan sosial şəbəkə səhifələrindən, saytlardan, bloqlardan da istifadə edə bilərsiniz. Hansı üsulu tətbiq etməyinizdən asılı olmayaraq əsas məqsəd insanları cəlb edəcək tanıtımlar hazırlamaqdır.

 

Vebinarı başladın 


Yuxarıda qeyd etdiyimiz bütün addımları bitirdikdən sonra Canlı Yayımı Başlat (Go Live Now) bölməsini seçərək öz vebinarınıza başlaya bilərsiniz. Youtube platforması heç bir ödəniş etmədən onlayn seminarlar təşkil etməyinizə şərait yaratsa da, bir çox əlavə özəllikdən yoxsundur. Təəssüf ki, tətbiq əvvəlcədən qeyd etdiyiniz görüntüləri istifadə etməyinizə, seminarlarla bağlı analitik rəqəmləri görməyinizə, anketlər və digər sorğular yaratmağınıza imkan verən özəllikərə sahib deyil. Buna görə də bu platformanın interaktiv yox, standart vebinarlar üçün daha uyğun olduğunu deyə bilərik. 
 

Videonun qeyd edilməsi


Onlayn seminara qatılan insanların bir çoxu qatıldığı seminarı daha sonra yenidən izləmək istəyir. Bunun üçün birdən çox səbəb ola bilər. Bəzən vebinar zamanı bəzi kiçik nüansların gözümüzdən yayınması ağla ilk gələn səbəblərdən biridir. Vebinarı izləyən şəxslərdən başqa, bu özəllik təqdimatı edəb şəxs üçün də vacibdir. Vebinar təşkilatçısı daha sonradan öz çıxışını izləyərək buraxdığı səhvlər üzərində işləyə və özünü təkmilləşdirə bilər. Bəs, Youtube belə bir özəlliyə sahibdir? Təəssüf ki, Youtube platforması onlayn seminarları qeyd etmək kimi bir xüsusiyyətə sahib deyil. Buna görə də siz digər əlavə proqramlardan iistifadə etməli olacaqsınız. Xoşbəxtlikdən ekran qeydi almağınıza imkanb verəcək bir çox pulsuz tətbiq var. Bunlar arasında istifadəçilərin ən çox rəğbət bəslədiyi tətbiqlərdən bəziləri isə aşağıdakılardır:

  • OBS Studio
  • FlashBack Express
  • Apowersoft Free Online Screen Recorder
  • ShareX
  • Screencast-O-Matic
  • Camtasia
  • Bandicam
  • Icecream Screen Recorder


Plan hazırlayın 

Hansı platformada, hansı mövzu ilə bağlı onlayn seminar təşkil etdiyinizdən asılı olmayaraq bir plan hazırlamağınızı sizin üçün faydalı olacaqdır. Bu planda vebinarla bağlı hər şeyi nəzərə almalısınız. Qurduğunuz plan vebinardan əvvəl, vebinar zamanı və vebinardan sonrakı periodu özündə birləşdirməlidir. Bu tip bir plana sahib olduğunuz zaman işlərinizi daha rahat şəkildə həll edə bilərsiniz. Əks halda kor təbii bir şəkildə qərarlar verə, hətta vebinarın uğursuz alınmasına səbəb ola bilərsiniz. Vebinar planınıza mütləq əlavə etməli olduğunuz bəzi detalları növbəti başlıqlarda qeyd edəcəyəm. 


Youtube vebinar üçün mövzusu seçimi


Onlayn seminar üçün seçdiyiniz mövzu çox böyük önəm daşıyır. Bəli, vebinarlara olan maraq artıb, ancaq bu o demək deyil ki, insanlar eyni mövzularla bağlı, təkrar bilik alacaqları vebinarlara maraq göstərirlər. Sizin təşkil etdiyiniz onlayn seminar digərlərindən fərqlənməlidir və vacib məsələlərə toxunmalıdır. Bunun üçün də vebinar movzusu seçilməzdən qabaq ətraflı araşdırma edilməli və insanları ən çox narahat edən mövzular müəyyən olunmalıdır. Bu tip araşdırmaları edərkən mövzunun aid olduğu sahə ilə məşğul olan insanlarla məsləhətləşə bilərsiniz. Onlar sahə ilə bağlı olan problemləri daha aydın şəkildə görə bilərlər. Əgər təqdimatınızı sahəyə yeni girəcək olan şəxslərlə bağlı etmək istəyirsinisə, bu zaman sosial şəbəkələrdə araşdırma etmək sizin üçün faydalı ola bilər. Heç şübhəsiz ki, belə olan halda siz daha geniş auditoriyayalara daha qısa zaman zərfində çata biləcəksiniz. 


Təqdimatın hazırlanması 


Vebinar mövzunuzu təyin etdikdən sonra, çıxış edəcəyiniz auditoriyanı da nəzərə alaraq təqdimatınızı hazırlamağa başlaya bilərsiniz. Təqdimatın hazırlanması zamanı insanları sıxa, yora və diqqətlərini yayındıra biləcək amilllərdən bacardığınız qədər qaçmalısınız. Diqqət etməli olduğunuz ilk nüans rəng seçimi və arxa plan ilə bağlıdır. Seçdiyiniz rəng və arxa plan yazılan mətnin oxunaqlığına mənfi təsir etməməlidir. Buna görə də oxşar rəng tonlarından qaçmalısınız. Misal üçün sarı fon rəngi üzərinə ağ yazılar uğurlu bir seçim olmayacaqdır. Bunun əvəzinə qara və ya mavi bir fon seçib, mətninizi sarı rənglə yaza bilərsiniz. Rənglərin bir biri ilə ziddiyət təşkil etməsi oxunaqlığı artıracaqdır. Yazı ilə bağlı danışarkən ölçü və yer məsələsini qeyd etməliyik. Başlıqlar üçün ən azı 18, yazl hissəsi üçün isə ən az 12 şrift seçməlisiniz. Başlıqların səhifənin ortasında olmasına da fikri verin. Təqdimat hazırlayarkən buraxılan ən böyük səhvlərdən biri də uzun abzaslar, cümlələr yazılması ilə bağlıdır. Uzun cümlələri ifadə etmək üçün qrafik, şəkil və cədvəllərdən istifadə etməyə çalışın. Bu tip təqdimat həm gözə xoş görünür, həm də mövzunu daha asan başa düşülən edir. Son olaraq onu da qeyd etmək istəyirəm ki, effektlərin çox olması düşünülənin əksinə müsbət bir hal deyil. Əlbəttə ki, effektlərdən öz təqdimatınızda istifadə edə bilərsiniz, ancaq bunlar sayı müəyyən limit daxilində olmalıdır. 


Vaxt amili 


Onlayn seminar nə qədər uzun olsa, insanlara daha çox xoş gələr və vebinardan daha məmnun qalarlar. Bu düşüncənin tamamilə səhv olduğunu deyə bilərik. Vebinarın həddindən artıq uzun və qısa olması hər ikisi mənfi bir haldır. Bir vebinar üçün 30-60 dəqiqəlik bir zaman ideal olacaqdır. Sizin etməli olduğunuz isə bir 30-60 dəqiqəlik müddətə uyğun şəkildə öz vebinarızı planlamaqdır. Planlama zamanı giriş hissəsi üçün beş dəqiqəlik zaman ayırmağınız yetərli olacaq. Burada özünüz və sizdən başqa təqdimatçı varsa, onun haqqında qısa məlumat verirsiniz. Daha sonra möbzu haqqında danışmağa başlaya bilərsiniz. Bu hissə üçün 30-40 də yetərli olacaqdır. Son mərhələ olaraq isə iştirakçıların suallarına cavabverə bilərsiniz. Əlbəttə ki, bu yalnız mesaj hissəsi aktiv edən istifadəçilər edə biləcək. Əgər vebinarız həddindən artıq uzun çəkirsə, praktika edərək bu zamanı azaltmağa və ya müəyyən lazımsız məlumatları təqdimatdan çıxartmağa cəhd göstərin. Unutmayın ki, vebinar həm öyrətici, həm də maraqlı olmalıdır.