Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Vebinar / Facebook, Amazon kimi Şirkətlərə İşə Qəbul Prosesi TƏKRAR

Vebinar detalları:

Başlama tarixi: 30-09-2020
Mövzu: Biznes
Növ: Təkrar
Müddət: 1 saat
Dil: Azərbaycanca
Təşkilatçı: Vebinar.az

Facebook, Amazon kimi şirkətlərə azərbaycanlılar necə qəbul olur? 

Bu sual əgər sizi də maraqlandırırsa, bu vebinar əsl SİZLİKDİR! 2 günlük vebinarda hazırda Facebook və Amazon Şirkətlərində çalışan azərbaycanlılarla 1 həmvətənlimizin bu şirkətlərə necə düşmə yollarından danışacağıq. 2 günlük Vebinar ərzində aşağıdakı mövzular müzakirə olunacaq:

- Azərbaycanlı olaraq bucür qlobal nəhənglərə işə qəbul şansımız nə qədərdir?

- Facebook, Amazon kimi şirkətlərin işə qəbul tələbləri nədən ibarətdir?

- Bu əjdahaların CV, Motivasiya Məktubu tələbləri necədir?

- Test imtahanları hansı formada baş verir?

- Müsahibə mərhələsini necə keçim? Nə tipli suallar verilir?

- Necə bir təhsil, inkişaf yolu keçməliyəm ki, belə şirkətlərə qəbul ola bilim?

- Bu şirkətlərdə işçi məmnuniyyəti yüksəkdirmi? Kənardan göründüyü kimi “cool” şirkətlərdirlərmi?

Bütün bu suallara 9-10 May tarixlərində olacaq 2 günlük canlı vebinarımızla aydınlıq gətirəcəyik. Vebinarların təkrarını da növbəti 2 həftə ərzində izləmə imkanınız olacaq. 

Təcrübələrini bölüşəcək qonaqlar:

İbrahim Əliyev

PDO Content Manager. Facebook. 

(Silikon Vadisi) 

 

Pərvin Qasimzadə

Software Engineer. Amazon.

(Madrid) 

 

QEYD: Vebinar artıq keçirilmişdir. Sizə yenidən qulaq asmağınız üçün video yazı göndəriləcəkdir. Video yazıya 2 həftə ərzində baxmaq imkanınız olacaqdır.

19

Vebinar

Facebook, Amazon kimi Şirkətlərə İşə Qəbul Prosesi TƏKRAR

Qiymət:

19