Vebinar detalları:
Uşaqlarınız Coğrafiyanı sevirmi? Onlar fərqli ölkələri, xalqları, mədəniyyətləri nə qədər yaxşı tanıyırlar?
“Dünya uşaqların gözü ilə” adlı ilk uşaqlar üçün etdiyim vebinardan sonra gələn çoxsaylı istəkləri nəzərə alaraq həmin proqramın daha uzun 2 hissəli versiyasını yaratmaq qərarına gəldim.
Bu vebinarda uşaqlarınızla fərqli oyunlar əsasında:
- Dünya, fərqli ölkələr ilə bağlı təsəvvürlərini inkişaf etdirəcəm
- Xalqlar, onların mədəniyyətləri, adət-ənənələri ilə bağlı maraqlı fikirləri bölüşəcəm
- Uşaqlara fərqli dillərdə olan baza salamlaşma sözlərini öyrədəcəm
- Və ən əsası, onlarda bütün dünyaya, fərqli ölkələrə qarşı xüsusi maraq oyadacam.
2 gün ərzində 2 saatlıq da olsa, uşaqlarınızı sizdən alıb, dünya səyahətinə aparacam!
Proqram I – IX sinif uşaqları üçün uyğundur.
Təlimçi: Baba Ağayev. 6 qitənin 58 ölkəsində olmuş səyahətçi.
QEYD: Vebinar artıq keçirilmişdir. Sizə yenidən qulaq asmağınız üçün video yazı göndəriləcəkdir. Video yazıya 2 həftə ərzində baxmaq imkanınız olacaqdır.