Vebinar detalları:
Uşaqlarınız Coğrafiyanı sevirmi? Onlar fərqli ölkələri, xalqları, mədəniyyətləri nə qədər yaxşı tanıyırlar?
“Dünya uşaqların gözü ilə” adlı uşaqlar üçün etdiyim 2 vebinardan sonra gələn çoxsaylı istəkləri nəzərə alaraq həmin proqramın 3-cü hissəsini yaratmaq qərarına gəldim.
Bu vebinarda uşaqlarınızla fərqli oyunlar əsasında:
- Dünya, fərqli ölkələr ilə bağlı təsəvvürlərini inkişaf etdirəcəm
- Xalqlar, onların mədəniyyətləri, adət-ənənələri ilə bağlı maraqlı fikirləri bölüşəcəm
- Uşaqlara fərqli dillərdə olan baza salamlaşma sözlərini öyrədəcəm
- Və ən əsası, onlarda bütün dünyaya, fərqli ölkələrə qarşı xüsusi maraq oyadacam.
2 gün ərzində 2 saatlıq da olsa, uşaqlarınızı sizdən alıb, dünya səyahətinə aparacam!
Proqram II – X sinif uşaqlarına üçün uyğundur.
Təlimçi: Baba Ağayev. 6 qitə və materikin 57 ölkəsində olmuş səyahətçi.
QEYD: Vebinar artıq keçirilmişdir. Sizə yenidən qulaq asmağınız üçün video yazı göndəriləcəkdir. Video yazıya 2 həftə ərzində baxmaq imkanınız olacaqdır.