Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Vebinarı Tanıtmaq Üçün Nələr Etmək Olar?

07 oktyabr 2021 528 Baxış
Vebinarı tanıtmaq üçün nələr etmək olar?

Son vaxtlar tez-tez gördüyümüz vebinar nə deməkdir? Vebinarların qısaca yəni nəsil seminar olduğunu deyə bilərik. Fərq ondadır ki, bu seminarlar onlayn keçirilir və iştirak etməyiniz üçün hər hansı bir yerə getməyinizə ehtiyac yoxdur. Hər bir yenilik kimi bu yenilik də həyatımıza qarşılaşılan bəzi problemlər nəticəsində girib. Əlbəttə ki, daha əvvəllər də bu termin bilinirdi, ancaq 2020-ci ildə vebinarlar məşhurluğunun pik həddinə çatdı. Bunun əsas səbəblərindən biri və ən önəmlisi qlobal problemə çevirilən və milyonlarla insanın həyatını itirməyinə səbəb olan Koronavirus (digər deyişlə COVİD-19) pandemiyası idi. O gündən etibarən keçirilmə sıxlığını artıran vebinarlar, sahib olduğu bir çox müsbət xüsusiyyətlər sayəsində həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bəs vebinar keçirmək istəyən və onu tanıtmaq istəyən şəxs hansiy nüanslara diqqət yetirməlidir? Bugünkü blogqumuzda bu və bir çox başqa sualın cavabını verəcəyik. 


Hansı mövzularda vebinar keçirə bilərəm?

Vebinar üçün seçə biləcəyiniz mövzular həddindən artıq çoxdur. İstənilən mövzu haqqında onlayn seminar təşkil edə bilərsiniz. Əlbəttə ki, bu vebinar həm ödənişli, həm də ödənişsiz ola bilər. Vacib olan sizin vebinar təşkil etdiyiniz sahə ilə bağlı ətraflı məlumata sahib olmağınızdır. Çünki insanlar bu tip onlayn seminarlara ümumi, hər yerdə asanlıqla əldə edə biləcəkləri məlumatları almaq üçün qoşulmurlar. Onların vebinarlara qoşulma səbəbi yeni biliklər əldə etmək və sahə ilə bağlı onları narahat edən suallara cavab tapmaqdan ibarətdir. Buna görə də vebinarda təqdim edəcəyiniz mövzunu yaxşı araşdırmalı və veriləbiləcək suallar hazırlıq görməlisiniz. Yəni, təqdimat üçün hazırlıqlara bir neçə həftə əvvəldən başlamalısınız. Ən çox hansı mövzularda vebinarlar təşkil olunur? Təqdimat mövzuları çox geniş çeşidliliyə sahib olsa da, ən məşhur və diqqət çəkən mövzular biznes, təhsil və özünü inkişaf etdirmək movzuları ilə bağlı olur. Təhsil ilə bağlı olan mövzular adətən xaricdə təhsil haqqında olur. Bu tip onlayn seminarlara qoşulmaqda səbəb xaricdə təhsil mərhələləri ilə tanış olmaq, mövcud universitetlər, təqaüd proqramları, yaşam xərcləri və digər amillər haqqında məlumat almaqdan ibarətdir. Əlavə olaraq, tələbələrin bir çoxu müraciət prosesini tək başına etməyə cəsarət etmir və bu tip vebinarlar sayəsində müraciət prosedurunda onlara kömək edə biləcək təhsil şirkətlərini daha yaxından tanımaq şansı əldə edirlər. Biznes və özünü inkişaf etdirmək movzuları ilə bağlı vebinarlar isə bir növ məsləhət və cəsarətləndirmə xarakteri daşıyır. Bu onlayn seminarlarda iştirak edən insanlar sahədə uğur əldə etmiş şəxlərin təcrübələrindən yararlanma və öz işlərində bu təcrübələri tətbiq etmə şansı əldə edirlər.


Müsbət və mənfi tərəflər

Vebinarlar adətən müsbət tərəfləri ilə diqqət çəksələr də, bəzi mənfi xüsusiyyətlərə də sahibdirlər. Əvvəlcə müsbət cəhətlər haqqında danışaq. Hər şeydən əvvəl, bu seminarlar onlayn keçirildiyi üçün istənilən yerdən qoşulma şansı əldə edəcəksiniz. Bu da sizə yolda itirilən vaxta qənaət etmək şansı verəcək. Bildiyiniz kimi üz-üzə keçirilən seminarlar bəzən gec saatlarda keçirilir və bir neçə saat davam edir. Buna görə də seminar sonunda evə qayıtmaq uzaqda yaşayan insanlar üçün çətin olur. Onlayn seminarlar təşkilatçılar üçün də daha rahat və faydalıdır, çünki seminarı təşkil etmək üçün salona duyulan ehtiyac aradan qalxır. Əlavə olaraq, vebinar zamanı ani olaraq məlumat və fayl paylaşımı etmək də mümkündür. 
Vebinarların mənfi cəhətlərinə gəldikdə isə ilk növbədə aldadılma hallarını söyləyə bilərik. Bildiyiniz kimi vebinarların bir çoxu ödənişli olur və ödənişlər online formada həyata keçirilir. Bəzən bəzi pis niyyətli insanlar onlayn seminar təşkil etmək adı altında insanları dolandıra bilər. Digər bir mənfi tərəf isə onlayn seminarların bəziləri üçün yetərli olmamasıdır. Bu tip insanlar üz-üzə olan təlim və seminarlara üstünlük verir. Onlar üçün elektron mənbələrdən hər hansı bir məlumat almaq daha az səmərəlidir. 


Vebinara ilk hazırlıq

Vebinar mövzusunu tapdıqdan və ətraflı araşdırdıqdan sonra, siz hazırladığınız işin reklam hissəsinə keçməlisiniz. Bunun üçün etməli olduğunuz ən birinci şey vebinar haqqında düzgün və ətraflı məlumata sahib olan bir açılış səhifəsi yaratmaqdır. Bu səhifə onlayn seminara qatılmaq istəyən insanlara ətraflı məlumat verməlidir. Bu səhifə aşağıdakı məlumatları özündə ehtiva etməlidir:

  • Vebinarın əsas müvzusunun nə olduğu, vebinarda iştirak edən insanların hansı suallarına cavab tapa biləcəyi
  • Vebinarın keçiriləcəyi tarix və saat
  • Vebinarda çıxış edəcək insanların adları və onlar haqqında qısa məlumat
  • Vebinara qoşulmaq üçün doldurulmalı olan form 

Kifayət qədər yaxşı açılış səhifəsinə sahib olduqdan sonra, bəzi arxa plan məsələlərini də həll etməlisiniz. Misal olaraq: vebinarda iştirak üçün qeydiyyatdan keçən insanlar qeydiyyatın uğurlu olduğunu necə biləcək? Bunun üçün onların mailinə təşəkkür mesajı göndərməlisiniz. Misal üçün: 22.11.2021 tarixində keçiriləcək olan vebinarımıza qeydiyyatınız uğurla başa çatmışdır, təşəkkür edirik. Vebinarımı tanıtmaq üçün nələr etməliyəm? Bu suala cavabı növbəti başlıqlarda bəzi nümunələr göstərərək verəcəyik. 

 

Saytlara reklam üçün müraciət edin 

Gündəlik olaraq hər birimiz həyatımızın böyük bir qismini virtual aləmdə keçiririk. Keçirdiyimiz bu zaman ərzində isə bir çox müxtəlif xəbər və əyləncə saytlarına daxil oluruq. Bu saytlarda bir çox fərqli reklamlarla da qarşılaşırıq və bəzən bunlar arasında diqqətimizi çəkən yararlı reklamlar da olur. Sizin də etməli olduğunuz məhz budur. Keçirəcəyiniz vebinar üçün maraqlı və qısa bir yazı yazıb, onu müxtəlif saytlarda paylaşmaq. Reklam yazısının saytda göründüyü yer də böyük önəmə sahibdir. Çalışın ki, reklam yazısı vebsaytın ən üst hissəsində çıxsın. Bu zaman bu heç bir istifadəçinin gözündən yayınmaz. Sirr deyil ki, bir çoxlarımız saytlarda gördüyümüz məlumatları arxa qədər oxumuruq və yalnız xəbər başlıqlarını oxumaqla kifayətlənirik. Bundan başqa popup adı verilən reklam tipindən də istifadə edə bilərsiniz. Popup reklamlar sayta girər-girməz anidən ekranımızın bir hissəsini tutan reklamlardır. 


Sosial şəbəkələrin gücündən istifadə edin

Günümüzdə, heç bir sosial şəbəkədən istifədə etməyən birini tapmaq mümkünsüzə yaxın bir ehtimaldır. Müxtəlif yaş qrupundan olan insanlar, hətta uşaqlar belə günlərinin böyük bir qismini sosial şəbəkələrdə keçirir. Bu qədər geniş bir auditoriyaya sahib olan məcrada reklam yerləşdirmək sizin vebinarınız tanıdılması  üçün çox yararlı olacaqdır. Bunun üçün iki müxtəlif yolda istifadə edə bilərsiniz: istifadəçi reklamı və proqram reklamı. Bildiyiniz kimi Facebook kimi sosial şəbəkələr sizə uyğun qiymətə reklam yerləşdirmək şansı verir. Siz də eynilə vebsaytlarda etdiyiniz kimi burada reklam yerləşdirə bilərsiniz. Digər bir yol olan istifadiçilər vasitiəsi ilə reklam da yararlı olacaqdır. Amma, burada önəmli olan həmin istifaçənin kim olduğu və sizin çatmaq istədiyiniz auditoriyanın həmin şəxsi izləyib izləməməsidir. Tutaq ki, sizin keçirmək istədiyiniz vebinar təhsil ilə bağlıdır. Bu zaman bu sahə ilə maraqlanan və paylaşımlar edən biri ilə əlaqəyə keçməniz sizin üçün yararlı olacaqdır. Son olaraq, Linkedin kimi daha professional sosial şəbəkələrdən də istifadə etməlisiniz. Bu tip məcralar sizin çatmaq istədiyiniz auditoriyaya daha yaxın olacaqdır. Onu da qyed etməliyik ki, sizin Linkedin səhifəniz burada çox önəmli bir rol oynayacaqdır. Buna görə haqqınızda olan bütün məlumatları yerləşdirməyə və kifayət qədər bağlantı sayına çatmağa diqqət yetirin. 


Bloq yazmaq  

Vebinarınızı tanıtmağın bir digər yolu da bloq yazmaqdır. Əgər aktiv istifadə etdiyiniz bir bloq varsa, niyədə bunu öz onlayn seminarınızı reklam etmək üçün istifadə etməyəsiniz? Əgər bloqunuz yoxdursa, başlamaq üçün heç vaxt gec deyil. Nəzərə alsaq ki, bu vebinar sizin son işiniz olmayacaq, gələcək işlərinizdə də bu bloq sizin köməyinizə gələ bilər. Bunun üçün öz işlərinizə uyğun bir bloq səhifəsi açmalı və oxunaqlı yazılar yazmalısınız. Həftə ərzində bir neçə yazı yazmaq, ən çox axtarılan mövzular haqqında yazmaq bloqunuzu önə çıxara biləcək nüanslardan bəziləridir.  

 

Video icmal hazırlayın

Keçirəcəyiniz vebinarın reklamını yalnız yazılı formada deyil, həm də video formatında edə bilərsiniz. Bunun bir növ qısa tizer də olduğunu deyə bilərik. Video zamanı bəzi nüanslara diqqət yetirməlisiniz. İlk növbədə tizer çox uzun olmalı deyil. Onu da qeyd etməliyiyik ki, bu tip videolarda ən önəmli olan ilk cümlələrdir. İstifadəçilərin bir çoxu videonun ilk bir neçə saniyəsindən sonra videonu bağlaya bilir. Ona görə də çalışmalısınız ki, insanların diqqətini ilk anda cəlb edəsiniz. Bunun  üçün videoya bəzi suallarla başlaya bilərsiniz. Daha sonra isə bu sualın cavabını verəcəyiniz vebinar haqqında məlumat verə və insanları bu onlayn seminarda iştirak etməyə çağıra bilərsiniz. 


Email mesajları 

Email mesajlarını təşviq prosesinin müxtəlif mərhələlərində istifadə etməli olacaqsınız. İlk növbədə dəvət məktubu göndərə bilərsiniz. Bu məktub, vebinar haqqında qısa məlumat verməli və potensial vebinar iştirakçısını daha çox məlumat almağa və vebinara qatılmağa dəvət etməlidir. Bu mərhələni tamamladıqdan sonra digər etaplara keçə bilərik. Vebinar reklamının ən vacib tərəflərindən biri də vebinarın unudulmasına icazə verməməkdir. Gündəlik həyatın problemləri, stress və digər səbəblər insanların onlayn seminarı unutmasına səbəb ola bilər. Buna görə də siz bəzi xatırlatma mesajları göndərməlisiniz. Bu xatırlatma mesajını hər namizədə iki dəfə göndərməyiniz kifayət edəcəkdir. İlk xatırlatma mailini vebinara bir həftə qalmış göndərin. Bu mailin iki əsas hədəf kütləsi var. Birinci qrup insanlar, ilk dəvət mailini görən, məlumat alan, ancaq müraciəti sonraya saxlayanlardır. İkinci qrup isə mesajı görüb diqqət etməyənlərdir. Bu mesaj hər iki qrup insanı sizin vebinara çəkə bilər. Sonuncu xatırlatma mailini isə onlayn seminardan bir gün əvvəl  atmağınız kifayət edəcəkdir. İlk xatırlatma mesajından fəqrli olaraq burada yalnız bir hədəf var, vebinara qatılacaq şəxslər. Son olaraq, vebinar bitdikdən bir neçə gün sonra iştirakçılara təşəkkür mesajı göndərməyi unutmayın.

 
Kiçik kampaniyalar faydalı ola bilər

Endirim və hədiyyə kampaniyaları hər zaman insanları çəkir. Hətta, vebinar mövzusunun ilk anda cəlbedici gəlmədiyi insanlar belə bu kampaniyalar sayəsində sizin işinizlə maraqlana bilər. Bu kampaniyaları da paylaşmaq üçün sosial şəbəkələri istifadə edə bilərsiniz. Hansı tip kampaniyalar yaratmaq olar? Əgər keçirmək istədiyiniz vebinar ödənişli olacaqsa, qeydiyyatdan keçən ilk bir neçə şəxsə 10-20 faizlik bir endirim edə bilərsiniz. Bundan başqa, özü ilə bir neçə dostunu da vebinarda iştirak etməyə gətirən şəxslərə, kiçik endirimlər edə bilərsiniz. Bu endirimlərin çox böyük məbləğlərdə olmasına ehtiyac yoxdur. Önəmli olan insanların diqqətini çəkməkdir. 
Son olaraq, yuxarıda qeyd etdiyimiz metodları istifadə edərək, uğurlu bir vebinar tanıtımı edəcəyinizdən tam olaraq əmin ola bilərsiniz. Önəmli olan bu üsulları düzgün və yerində tətbiq etməkdir. Onu da qeyd etməliyik ki, bu metodların birini deyil, bir neçəsini tətbiq etmək sizin üçün daha faydalı olacaqdır.