Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Vebinar Üçün Hansı Avadanlıqlar Lazımdır?

07 oktyabr 2021 526 Baxış
Vebinar üçün hansı avadanlıqlar lazımdır

Vebinar, onlayn platformada keçirilən seminarlar üçün işlədilən ifadədir. Bu onlayn seminarlar müxtəlif mövzularda ola bilir. Mövzu çeşidliliyinin çox olması və tələbatın da get-gedə yüksəlməsi vebinarlara olan marağın yüksəlməsinə səbəb olmuşdur. Artıq pandemiya təsirləri azalır və dünyanın dörd bir yanında insanlar normal həyatlarına qayıdır. Ancaq, vebinarların daha rahat və əlverişli olması, normallaşma prosedurundan sonra da insanların üz-üzə seminarlardan çox, onlayn seminarlara rəğbət göstərəcəyini deməyimizə imkan verir. Vebinarların bu qədər uğurlu olmasının səbəbi nə idi? Hər şeydən əvvəl, bu tip onlayn seminarların artması fərqli sahələrlə bağlı məlumatları daha əlçatan etdi. Hər hasnı bir sektora yeni başlayan və ya yeni ideyalar tapmaq istəyən bir çox şəxs bu tip onlayn seminarlardan ilhamlanmışdır. Onlayn seminarların üz-üzə seminarlar üzərindəki digər bir üstünlüyü isə daha sonra yenidə izləmək özəlliyinin olmasıdır. Vebinarlar müxtəlif saatlarda və hətta müxtəlif ölkələrdə keçirilir. Bəzən günlük yorğunluq və stress kimi səbəblərdən qatıldığımız seminara tam fokuslana bilmirik. Xoşbəxtlikdən video qeyd özəlliyi sayəsində istədiyimiz vaxt təqdimatları yenidən izləyə bilirik. Bəs, vebinar keçirmək və ya vebinara qoşulmaq üçün hansı avadanlıqlar lazımdır? Əgər bu suala cavab tapmaq istəyirsinizsə, doğru yerdəsiniz. Bu bloqda, vebinara qoşulmaq üçün lazım olan cihazlar və daha çoxu haqqında məlumat əldə edəcəksiniz. 


Vebinara qoşulmaq üçün tətbiqlər

Onlayn seminarlara hansı platformalar vasitəsilə qoşula bilərəm. Vebinarlara qoşulmaq üçün istifadə edə biləcəyiniz tətbiqlərin sayı həddindən artıq çoxdur. Bu tətbiqlərin təməl özəllikləri eynidir, ancaq təklif etdiyi bəzi özəlliklər ilə fərqli sferalara xitab edə bilirlər. Misal olaraq Demio saytını göstərə bilərik. Demionun sloqanı belədir: marketoloqlar üçün sadə web seminarı proqramı. Sloqandan da göründüyü kimi Demionun əsas hədəf qrupu marketoloqlardır. Əlbəttə ki, digər peşə və maraq dairəsinə sahib olan insanlar da bu tətbiqi istifadə edə bilər. Bu platformanın sahib olduğu digər müsbət özəlliklər isə video qeyd xüsusiyyətinin olması, tətbiqin cihaza köçürülməsinə ehtiyac olmaması (sayt üzərindən daxil olar bilərsiniz), ani olaraq video paylaşımına uuğun olması və,s. Proqramı ilk bir ay ödənişsiz istifadə edə bilərsiniz. Daha sonra isə müxtəlif tariflərdən birini seçərək hesab aça bilərsiniz. Ödəyəcəyiniz aylıq məbləğ icazə verilən iştirakçı sayına görə dəyişəcəkdir. 50 nəfər vebinar iştirakçısı üçün aylıq 49, 500 nəfər izləyici üçün aylıq 234 dollardır. Daha interaktiv vebinarlar üçün isə WebinarNinja tətbiqini məsləhət görə bilərik. Bu tətbiq mesaj, sorğu, sual-cavab bölməsi kimi xüsusiyyətlərə sahib olduğu üçün siz daha interaktiv bir vebinar keçirməyə imkan verəcək. Bundan başqa saytın içərisində müəyyən günə qədər vebinarınızın açıq qalmasını təmin edə bilərsiniz. Bu da o deməkdir ki, vebinar bitdikdən sonra da insanlar video formatında təqdimatınızı izləyə bilər. Digər nümunədə olduğu kimi burada da sınaq müddəti pulsuzdur. Daha sonra isə sizə uyğun bir paketi seçərək, sayta abonə ola bilərsiniz. Qiymərlərin 39 dollardan başladığını qeyd edə bilərik. Sizə məsləhət görə biləcəyimiz digər tətbiqlər isə bunlardır:

  • WebinarJam
  • Livestorm
  • EverWebinar
  • ClickMeeting
  • Zoom
  • EasyWebinar
  • Adobe Connect
  • BigMarker

 

İnternetə çıxışı olan bir cihaz

Vebinara qoşulmaq və ya vebinar keçirmək üçün bəzi cihazlara ehtiyac duyacaqsınız. Narahat olmağa heç bir əsas yoxdur. Bunların hamısı hər evdə olan sadə cihazlardır. Hal-hazırda demək olar ki, hər kəsin evində smartfon, planşet, laptop və masaüstü komputerlər var. Ona görə də oxucularımızdan hər hansının bu məsələ ilə bağlı problem yaşayacağını düşünmürük. İstifadə etdiyim cihazın və proqram təminatın köhnə versiya olması problem yarada bilərmi? Burada bəzi problemlər yaşamağınız mümkün ola bilər. Əgər işlətdiyiniz cihaz (xüsusilə smartfon) proqram təminatı köhnə versiyadırsa, vebinara qoşulma ilə bağlı bəzi problemlər yaşaya bilərsiniz. Burada iki hal ilə qarşılaşa bilərsiniz. Birincisi, bəzi vebinar platformalarına qoşulmaq üçün mütləq tətbiqi yükləməlisiniz və bəzən bu tətbiqlər müəyyən bir versiyadan köhnə olan sistemləri dəstəkləmir. Misal üçün deyək X adlı bir vebinar tətbiqini yükləmək istəyirsiniz və tətbiq minimum Andorid 5.01-də çalışır. Əgər sizin Andorid versiyanız 4.2.2-dirsə, o zaman siz bu tətbiqi istifadə edə bilməyəcəksiniz. Digər bir hal isə cihazda yaşanan donmalarla bağlı ola bilər. Bəzən uzun illər istifadə etdiyimiz cihazların istifadə sürəti çox aşağı düşür və cihazda tez-tez donmalar yaşanır. Bu tip donmalar isə sizə vebinar zamanı ciddi narahatlıqlar gətirə bilər. 


Modem: İnternet əlaqəsi

Ehtiyac duyduğunuz cihazlardan biri də modem və ya stabil internet əlaqəsidir. Şübhəsiz müasir dövrdə internetə çıxışı olmayan bir ev tapmaq çox çətindir, ancaq bunu yenə də qeyd etmək istədik. İnternet əlaqənizin keyfiyyəti və internet əlaqə sürətizin də önəmli faktorlardır. Çünki aşağı sürətli və keyfiyyətli internet qopmalara, səs qırılmalarına və video keyfiyyətində düşüşlərə səbəb ola bilər. Əgər hal-hazırda istifadə etdiyiniz internet provayderində bu tip problemləri tez-tez yaşayırsınızsa, başqa bir provayderə keçmək ən faydalı seçim olacaqdır. Telefon interneti ilə bağlana bilərəm? Əlbəttə ki, qoşula bilərsiniz. Tək şərt yenə də keyfiyyətli internet əlaqəsinə sahib olmaqdır.

 

Veb kamera

Vebinar zamanı ehtiyac duyacağınız bir digər cihaz isə veb kameradır. İstər vebinarda çıxış edin, istərsə də dinləyici olaraq qatılın. Sizin mütləq bir veb kameranız olmalıdır. Düzdür internetə çıxışı olan demək olar ki, bütün cihazların kamerası olur. Ancaq, bəzi hallarda bu cihazlar aydın bir görüntü yarada bilmir. Bu onlayn seminara izləyici olaraq qatılanlar üçün çox da böyük bir problem sayılmaya bilər. Ancaq, əgər siz vebinarda çıxış edirsinizsə, bu tip incə məqamlara da fikir verməlisiniz. Çünki görüntü keyfiyyətinizin aşağı olması insanlarda mənfi fikir formalaşdıra bilər. Bir çox insan peşəkarlıq səviyyəsinin aşağı olduğunu düşünərək, gələcəkdə keçirəcəyiniz vebinarlara qoşulmaq istəməyə bilər. Bundan başqa digər verbinarlarınızı tanıtmaq istədikdə əvvəlki vebinarlarınızın video qeydlərindən də istifadə edə bilərsiniz, amma keyfiyyətsiz bir veb kamera istifadə olunursa, bu reklam insanlara o qədər də cəlbedici gəlməyəcəkdir. İstifadə edə biləciyiniz keyfiyyətli veb kameralardan bəziləri bunlardır:

  • Logitech HD Pro Webcam C920
  • Logitech C922x Pro Stream Webcam
  • Microsoft LifeCam Studio
  • Logitech BRIO


Qulaqcıq və mikrofon 

Veb kameralardan fərqli olaraq qulaqcıq və mikrofon həm seminar dinləyiciləri, həm də çıxış edən şəxslər üçün çox vacibdir. Əlbəttə ki, vebinarda danışan əsasən təşkilatçı olur, ancaq sual-cavab prosedurunda və digər interaktiv prosedurlarda dinləyicilər də müzakirəyə daxil olmaq üçün yaxşı bir qulaqcıq və mikrofona sahib olmalıdır. Bu avadanlıqlar olmadan vebinara qoşula bilərəm? Əlbəttə ki, əgər izləyici olaraq qatılırsınızsa, cihazınızın mikrofonundan da istifadə edə bilərsiniz. Ancaq, hər hansı bir müzakirədə iştirak etmək istəsəniz, sizin səsiniz qarşı tərəfə səs-küylü və anlaşılmaz ötürülə bilər. Vebinarda iştirak edəcək şəxslər is mütləq keyfiyyətli qulaqcıq və mikrofon əldə etməlidir. Unutmayaq ki, vebinarların bir çoxu ödənişli olur və kommersiya xarakteri də daşıyır. Siz insanlara yüksək keyfiyyət vəd etməli və bunu göstərməlisiniz. Əks halda, sizin təşkil etdiyiniz onlayn seminarlara olan maraq get-gedə azalacaq. Bu da başa düşüləndir, çünki insanlar ödədikləri məbləğin miqdarından asılı olmayaraq, keyfiyyət və komfort tələb edirlər. Keyfiyyətli bir səs üçün aşağıdakı mikrofon və qulaqcıqlardan istifadə edə bilərsiniz:

  • Blue Yeti
  • Blue Snowball iCE
  • Samson Meteor
  • Rode Procaster
  • Sennheiser SC 60 USB CTRL
  • Mpow V4.1 Bluetooth Headset
  • Logitech H800 Bluetooth Headset


İşıqlandırma

Yaxşı bir işıqlandırmaya sahib olmaq da vebinarda çıxış edənlər üçün vacib faktorlardan biridir. 
İstifadə etdiyinz kamera çox yaxşı olsa belə, zəif işıqlandırma onlayn seminarınızı və bütün əziyyətinizi korlaya bilər. Buna görə də işıqlandırması daha yaxşı olan bir otaqda seminara qoşulmaq daha məsləhət görüləndir. Əgər evinizdəki heç bir otağın işıqlandırması qənaətbəxş səviyyədə deyilsə, bəzi əlavə işıqlandırma vasitələrindən istifadə edə bilərsiniz. Bundan başqa işıqlandırma yaradarkən simmetriyaya da fikir verməli və işıq rənglərinin eyni olmasına fikir verməlisiniz. Bir tərəfin qaranlıq, digər tərəfin işıqlı olması və ya rəng fərqlərinin olması insanların gözünü yora və diqqətlərinin yayınmasına səbəb ola bilər. Bu tip problemlər yaşamamaq üçün bir çox insan ring light adı verilən işıqlandırm cihazlarının istifadəsini məsləhət görür. Bu cihaz vasitəsi ilə otağınıza kiçik bir studiya görüntüsü verə bilər və işıqlanma problemini bir dəfəlik həll edə bilərsiniz. 


Vebinar üçün ödəniş ala bilərəm?

Ödənişsiz onlayn seminarlar da olmasına baxmayaraq, vebinarlara qatılmaq üçün adatən müəyyən məbləğlər ödənilir. Vebinar üçün qeydiyyat haqqı vebinarı keçirən şəxs tərəfindən müəyyən olunur. Bu məbləğ çox geniş aralıqda dəyişə bilər. Vebinar üçün ödəniş təyin etməkdə çətinlik çəkirsinizsə, sizin sahə ilə bağlı olan digər onlayn seminarların ödənişləri ilə maraqlana bilərsiniz. Bu yolla özünüz üçün müəyyən bir qiymət aralığı təyin edə bilərsiniz. Qeydiyyat haqqını müəyyən edərkən qiymətlərin çox yüksək olmamasın çalışın. Əgər bu sizin ilk onlayn seminarınız olacaqsa, vebinarınızı ödəniş də təşkil edə bilərsiniz. Bu bir növ keçirəcəyiniz digər vebinarların tizeri rolunu oynaya bilər. Burada çox detallara girmədən bəzi məlumatlar verə və insanları keçirəcəyiniz ödənişli vebinara qatılmağa təşviq edə bilərsiniz. Ödəniş necə həyata keçirilir? Bunun üçün bir neçə fərqli yol var. Ödəniş və digər vebinar prosedurlarının hamısını özünüz idarə etmək istəyirsinizsə, qeydiyyat formunda öz bank və ya hər hansı onlayn pulqabı məlumatlarınızı qeyd edə bilərsiniz. Qeydiyyatdan keçən hər bir şəxs üçün bu şərti qoya bilərsiniz: əvvəlcə ödəniş etməli və qəbzi mail ünvanına göndərməlisiniz. Bu və digər işlərə vaxt ayırmaq istəmirsinizsə, ödənişli vebinar platformalarından birini istifadə edə bilərsiniz. Bu tip platformalarda siz yalnız vebinar və ödəniş detallarını qeyd edirsiniz. Sayt isə qeydiyyat və ödəniş prosedurlarını sizin yerinizə həll edir. 


Vebinar müddəti nə qədər olmalıdır? 

Bu keçirdiyiniz vebinarın mövzusundan asılı olaraq dəyişə bilər, amma vebinar müddətinin həddən artıq uzun olması müsbət hal deyil. Bəlkə də bəziləriniz düşünür ki, 2-3 saatlıq bir vebinar təşkil etmək insanlarda pozitiv fikirlər oyadacaq, ancaq bu belə deyil. Onlayn seminarın saatlarla davam etməsi insanların sıxılımasına səbəb olacaqdır. Bu da sizin vebinarınıza olan marağın azalması ilə nəticələnəcəkdir. Bir çoxları vebinar müddətinin 30-60 dəqiqə aralığında olmasının ideal olacağını düşünür. Əgər planlamanızı doğru bir şəkildə etsəniz, 60 dəqiqəlik zaman sizin üçün yetərli olacaqdır. Planlamanı etdikdən sonraki mərhələ isə zaman idarəsidir. Bu özəlliyi inkişaf etdirməyin ən təsirli yolu isə praktika etməkdir. Vebinardan öncə bir neçə dəfə özünüz üçün çıxış edin və taymer qoyun. Bir neçə dəfə bunu təkrarladıqdan sonra vebinarınzı asanlıqla 1 saata sığdıra biləcəksiniz.