Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Onlayn Vebinarı Necə Yükləmək Olar?

07 oktyabr 2021 521 Baxış
Onlayn vebinarı necə yükləmək olar

Müasir dünyada insanlar həyatlarının böyük bir hissəsini virtual aləmdə keçirir. Xüsusilə də, 2020-ci il, onlayn platformaların daha geniş vüsət alması ilə yadda qaldı. Bunun bir sıra səbəbləri var idi. Ən önəmli səbəblərdən biri də COVİD-19 pandemiyasının dünya miqyasında yayılması idi. Bu dövr ərzində istər şirkətlər, istərsə də təhsil ocaqları onlayn formada işlərini davam etdirdi. Pandemiyanın təsirlərinin azalması ilə birlikdə isə həyat dünyanın bir çox yerində öz normal axarına düşməyə başladı. Bəzi şeylər isə pandemiya dövründə olduğu kimi qalır. Bunun əsas səbəblərindən biri də COVİD-19 pandemiyası dövründə yaranan və ya yayğınlaşan bu vərişlərin daha səmərəli olmasıdır.  2020-ci ildən etibarən həyatımıza daha genış miqyasda nüfuz edən yeniliklərdən biri də vebinarların yayğınlaşması oldu. Hal-hazırda həm fərdi şəxslər, həm də şirkətlər onlayn formada görüşlər təşkil etməyə davam edir. Bəs, onlayn formada qatıldığımız seminarları yükləyə bilərikmi? Bu bloqda, bu və daha artıq sualın cavabını tapacaqsanız. 


Vebinar nə deməkdir? 

Oxucularımızın bir çoxunun vebinarla tanış olduğunu təxmin edirəm, amma bu sözlə daha əvvəl qarşılaşmayan oxucularımız üçün bu sözün mənasını qeyd etmək istəyirəm. Vebinar, seminarların onlayn formada təşkili üçün istifadə olunan termindir. Bəzi yerlərdə vebinar yerinə onlayn seminar da yazıldığını görə bilərsiniz. Bu zaman hər hansı bir tərəddüt yaşamağınıza səbəb yoxdur. Çünki hər ikisi eyni mənaya gəlir. Ümumilikdə vebinarlar bir çox üstünlüklərə sahibdir. Hər şeydən əvvəl, siz istənilən yerdən qoşulmaq şansı əldə edirsiniz. Ehtiyacınızın olan sadəcə internet və internetə bağlana biləcəyiniz bir cihazdır (komputer, telefon, planşet). Əlbəttə ki, qulaqcıq, kamera kimi köməkçi vasitələrə də ehtiyac duyacaqsınız. Bu vasitələrin hər birinin normal işlədiyindən əmin olmalısınız (dinləyici yaxud təqdimat edən şəxs olmağınızda asılı olmayaraq). Vebinarların digər üstün cəhətləri isə daha interaktiv mühit yaratmağa imkan vermələri, yolda itirələcək vaxta qənaət etmək şansı yaratmaları, ani fayl və məlumat paylaşımına şərait yaratmaları və sairədir. Vebinarların hər hansı mənfi özəllikəri var? Vebinarların hər hansı ciddi bir mənfi xüsusiyyətinin olmadığını deyə bilərik. Burada ən ciddi problem olaraq, saxtakarlarlıq hallarını göstərə bilərik. Bildiyiniz kimi onlayn seminarlar bəzən ödənişli olur və siz ödənişi qabaqcadan etməli olursunuz. Bu isə bəzi şarlatanlara insanları aldatmaq imkanı verir. Bu tip hallardan qaçmaq üçün qatılmağı planlaşdırdığınız vebinarın kim və ya kimlər tərəfindən təşkil olunduğu araşdırmaqda fayda var. 


Vebinar üçün istifadə olunan proqramlar 

Vebinarların yayğınlaşması bir çox fərqli onlayn iclas (görüş) proqramlarının da yaranmasına səbəb oldu. Bu dövr ərzində bəzi yeni proqramlar populyarlıq qazanarkən, illərdir istifadə olunan bəzi proqramlar yeniliklərlə ayaqlaşa bilməyib, istifadəçilərin bir qismini itirdi. Bu dövrdə ən çox təsirlənən tətbiq hansı oldu? Populyarlığını nisbətən itirən proqramlardan biri də hər kəsin illərdir istifadə etdiyi, Skype proqramıdır. Xaricdə hər hansı iş yerinə və ya təhsil ocağına müraciət edərdək də insanlar adətən bu proqramdan istifadə edirdilər. Amma, eyni daha çox insanın qoşulmasının rahat olmaması, fayl paylaşımında yaranan çətinliklər kimi səbəblər vebinar təşkilatçılarının digər proqramlara yönəlməsinə səbəb oldu. Hal-hazırda vebinar təşkilatçılarının ən çox istifadə etdiyi proqramlar aşağıdakılardır:

  • Zoom
  • Google Hangouts
  • Livestorm.
  • Demio
  • WebinarJam
  • WebinarNinja
  • GoToWebinar
  • LiveWebinar
  • EverWebinar
  • BlueJeans
  • My Own Conference
  • EasyWebinar
  • ClickMeeting
  • DaCast


Vebinarda necə iştirak edə bilərəm? 

Vebinara müraciət və iştirak proseduru çox sadədir. Bunun üçün əvvəlcə sizə uyğun bir onlay seminar tapmalısınız. Daha sonra onlayn müraciət formunu doldurmalısınız. Bu bəzən tələb olunmaya bilər və yalnız mail ünvanının qeyd olunması kifayət edə bilər. Hər iki halda, daha sonra sizinlə mail vasitəsilə əlaqə saxlanacaq. Əgər vebinar ödənişlidirsə, ödəniş etməyiniz üçün hesab və iştirak şərtləri sizinlə paylaşılacaq. Vebinarın başlamasından bir neçə gün əvvəl isə sizinlə xüsusi link paylaşılacaq. Bu linkə daxil olmağınız vebinara qatılmaq üçün kifayət edəcəkdir. Adətən vebinarlara 10-15 dəqiqə əvvəl qatılmağınızın tələb olunur. Daha tez qoşulma səbəbimiz nədir? Bunun əsas səbəbi təqdimat başladığı zaman bütün iştirakçıların onlayn olduğundan əmin olmaqdır. Vebinar sonunda iştirak etdiyim üçün sertifikat ala bilərəm? Bir çox vebinarın sonunda iştirak etdiyiniz üçün sizə sertifikat təqdim olunacaq. Bundan tam əmin olmaq üçün vebinar təşkilatçılarından sertifikatlarla bağlı soruşun. 


İştirak etdiyim vebinarı necə yükləyə bilərəm? 

Vebinarların bizə təklif etdiyi ən yararlı özəlliklərdən biri də onlayn seminarların video qeydlərinin yüklənə bilməsindən ibarətdir. Bir sözlə, qatıldığınız vebinarın video qeydini əldə etmək üçün hər hansı başqa bir proqrama ehtiyacınız yoxdur. İstifadə etdiyiniz proqramdan asılı olaraq video qeydin başladılma və yüklənmə formasında fərqliliklər ola bilər. Mən misal olaraq, ən çox istifadə olunan proqramlardan biri olan Zoom tətbiqi haqqında danışmaq istəyirəm. Zoom tətbiqi əslində artıq 9 ildən çoxdur ki, həyatımızdadır. Ancaq, proqram əsas populyarlığını 2020-ci ildə qazanmağa başladı. Bu dövrdə tətbiqdə edilən bir çox yenilənmələr də proqramın məhşurlaşmasında önəmli ro oynadı. Zoom tətbiqindən istifadə edərək, 40 dəqiqəlik pulsuz onlayn iclas/seminarlar keçirə bilərsiniz. Pulsuz onlayn görüşlərə maksimum 100 nəfər qatıla bilər. Tətbiqin ödənişli versiyasını istifadə edən şəxslərin təşkil etdiyi onlayn görüşlərdə isə 1000 nəfər iştirak edə bilər. Bəs, Zoom vasitəsilə qatıldığım seminarı necə yükləyə bilərəm? Zoom tətbiqinə öz hesabınızla giriş etdikdən və hər hansı bir bir vebinara qatıldıqdan sonra sağ aşağı küncdə yerləşən qeyd et (record) hissəsini seçərək, video qeydi başlada bilərsiniz. Həmçinin burada qeydə fasilə verə və qeydi dayandıra da bilərsiniz. Tətbiqdən çıxış etdikdə isə video avtomatik olaraq sizin cihazınıza yüklənəcək. Bu zaman etməli olduğunuz tək şey yüklənmə ekranın bitməsini gözləməkdir. Qeyd etdiyim video fayllar harada saxlanır? Bu sizin seçiminizdən asılı olaraq dəyişə bilər. Əgər heç bir dəyişiklik etməmisinizsə, fayllar mənim fayllarım adlı bölmədəki Zoom qovluğunda olacaq. Əgər daha əvvəl bununla bağlı hansısa dəyişiklik etmisinizsə, faylların saxlanma yerinə Zoom tətbiqinin parametrlər hissəsindən baxa bilərsiniz. Videoların həcmi nə qədər olur? Videonun həcmi vebinarın uzunluğuna bağlı olaraq dəyişir, ancaq ümumilikdə Zoom proqramının ən üstün cəhətlərindən biri fayl ölçülərinin kiçik olmasıdır. 


Video yükləmək seçimi olmayan tətbiqlər

Təəssüf ki, bəzi proqramlar səs və ya video qeyd etmək özəlliyinə sahib olmur. Nəzərə alaq, vebinar iştirakçılarının bir çoxu video qeydlər vasitəsi ilə vebinarı yenidən izləmək və ya dinləmək istəyir. Bu seçimlərin heç birinin əlçatan olmaması isə insanlar üçün çox büyük dezavantajdır. Bəs belə olan hallarda ne etmək olar? Xoşbəxtlikdən bu vəziyyətdən də çıxış yolu var. Bunun üçün siz, ekrandakını görüntünü qeyd etməyə imkan verən proqramlardan hər hansl birini yükləyə bilərsiniz. Bu proqramların bir çoxu adətən pulsuz istifadəyə imkan verir. Ancaq, bəzi problemlərə də sahib olur. Bunlardan biri arxa planda işləyərkən donmalara səbəb olmaqdır. Bu tip hallardan qaçmaq üçün yaxşı olar ki, istifadə edəcəyiniz video qeyd proqramını əvvəlcədən yoxlayasınız. Yaxşı olar ki, sınağı məhz vebinara qoşulacağınız tətbiqi açaraq həyata keçirəsiniz. Ən çox istifadə olunan proqramlara misal olaraq aşağıdakıları göstərə bilərik:

  • Free Cam    
  • iSpring Suite
  • Free Screen Video Recorder    
  • Camtasia
  • ShareX    
  • Filmora Scrn
  • CamStudio    
  • Movavi Screen Recorder
  • Ezvid    
  • My Screen Recorder Pro
  • TinyTake    
  • FlashBack
  • OBS Studio    

Bu proqramların bir çoxu pulsuzdur və heç bir ciddi problemlə üzləşmədən istifadəyə imkan verir. Proqramlardakı video qeyd hissəsi də adətən bənzər olur. Bu proqramlar vasitəsilə heç bir çətinlik çəkmədən sadəcə bir düymə ilə video qeydlərini başlada bilərsiniz. Bir mənfi cəhət olaraq onu da qyed edə bilərik ki, bu proqramlarla qeyd etdiyiniz videolar böyük həcmlərə sahib ola bilər. Əgər videonun daha az yer tutmasını istəyirsinizsə, tətbiqin içindəki video keyfiyyəti parametrlərini dəyişdirə bilərsiniz. 


Vebinar mövzuları 

Vebinarlar çox geniş mövzu çeşidliliyinə sahibdir. İstənilən maraq, peşə, təhsil, biznes sahəsinə uyğun vebinar tapmaq mümkündür. Bu mövzu çeşidliliyi də onlayn seminarlara olan marağın və iştirakçı sayının artmasına səbəb olur. Müraciət etmək istəyəcək insan sayının çoxluğunu nəzərə alaraq qatılmaq istədiyiniz vebinarlara qeydiyyatı dərhal reallaşdırın. Çünki bir çox onlayn seminarda yerlər o qədər də çox olmur. Ən populyar vebinar mövzuları hansılardır? Bu mövzular içində ən çox məşhur olan mövzuların biznes və təhsillə bağlı olduğunu desək, yanılmarıq. Bir çox insan xaricdə təhsil xəyalları qurur və bu tip onlayn seminarlarda iştirak etmək onlara bir yol xəritəsi cızmaq şansı verir. Adətən bu vebinarlar xaricdə təhsil şirkətləri tərəfindən təşkil olunur və tələbələr də bu onlayn görüşlər sayəsində onlarla yaxından tanış ola bilirlər. Sözsüz ki, düzgün şirkət seçimi xəyallarına gedən yolu onların üçün daha rahat edə bilər. Bir digər məşhur və diqqət cəlbedən mövzu isə biznes ideyaları ilər bağlıdır. Demək olar ki, hər kəs zəngin olmaqla bağlı xəyallar qurur. Bəzi şəxslərin hətta çox yaxşı ideyaları da olur, ancaq onlar haradan başlamalı olduqlarını, hansı mərhələləri keçməli olduqlarınını bilmirlər. Ona görə də, bu tip vebinarlarda iştirak edərək, sahədə uğur qazanmış insanların təcrübələrindən yararlanırlar. 


Vebinar keçirmək istəyirəm, nə etməliyəm? 

Vebinar iştirakçısı olmaqla yanaşı, təşkilatçısı da ola bilərsiniz. Bunun üçün isə bəzi nüanslara fikir verməli və planlı hərəkət etməlisiniz. İlk öncə, etməli olduğunuz vebinar mövzusunu seçməkdir. Mövzunu seçərkən unutmamalısınız ki, vebinara qatılan şəxslər ümümi məlumatlar almaq istəmir. Daha çox hər hansı bir problemə və ya ağıllarında olan suala cavab tapmaq istəyirlər. Buna görə vebinar keçirmək istədiyiniz mövzu ilə bağlı məlumatınızın geniş olması və həmin sahədə insanları ən çox narahat mövzuların nədən ibarət olduğunu yaxşı bilməlisiniz. İkincisi, vebinar üçün bir təqdimat hazırlamalısınız. Təqdimat insanları sıxmayacaq və onların maraqlarını cəlb edəcək tipdə olmaldır. Təqdimatınızda hədindən artıq söz yığınının olmamasından, şəkil və qrafiklərdən yetırincə istifadə etdyinizdən əmin olmalısınız. Həmçinin, təqdimat zamanı robotik və sıxıcı danışıqdan da qaçmalısınız. Vebinarı mümkün olduğu qədər interaktiv etməlisiniz. Bunun üçün müxtəlif vasitələrdən istifədə edə bilərsiniz. Misal üçün, çıxış zamanı müxtəlif müzakirlər, sorğular, anketlər təşkil edə və sonda iştirakçıların suallarına cavab verə bilərsiniz. Belə olan halda həm iştirakçılar, həm də siz vebinardan məmnun ayrılacaqsınız. Vebinardan əvvəl etməli olduğunuz işlərdən biri də vebinarın tanıtımı ilə bağlıdır. Əlbəttə ki, bunun üçün ən yaxşı yol sosial şəbəkələrdir. İş və təhsil ilə bağlı bir seminar təşkil etmək istəyirsinizsə, bunu Linkedin kimi daha peşəkar sosial şəbəklərdə paylaşa bilərsiniz. Bir sözlə, paylaşım və reklamları auditoriyaya uyğun etməlisiniz. İnsanları vebinara qatılmağa həvəsləndirmək üçün ilk qatılan və ya vebinara öz dostlarını da dəvət edən şəxslərə endirim edə bilərsiniz.