Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Mobil Cihazlarla Vebinar Keçirmək Mümkündürmü?

07 oktyabr 2021 557 Baxış
Mobil cihazlarla vebinar keçirmək

Vebinarlar məşhurluqlarının ən pik səviyyələrinə son illlərdə çatsalar da, artıq 20 ildən çoxdur ki, bizim həyatımızdadırlar. İstənilən anda və istənilən yerdən qoşulmaq kimi bir çox üstünlükləri sayəsində insanların böyük rəğbətini qazanan vebinarlar gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. Müxtəlif mövzularda və fərqli sahələrlə bağlı yüzlərlə vebinarın mövcud olması bizə həm öyrənmək, həm də əylənmək şansı verir. Sirr deyil ki, insanlar günlərinin böyük bir qismini komputer arxasında və telefon başında, virtual aləmdə keçirir. Təssüf ki, burada keçirdiyimiz vaxtın böyük bir əksəriyyəti də səmərəsiz, boşa zaman itkisi olur. Bəzən bir neçə video baxmaq üçün girdiyimiz sosial şəbəkədə saatlarla vaxt itiririk. Onlayn seminarlar isə bizə vaxtımızı daha səmərəli və mənalı keçirmək şansı verir. Evdə boş vaxtımız olanda, yolda hər hansı bir yerə gedərkən və,s bu onlayn seminarlara qoşulmaq şansı əldə edirik. Bir çox insan vebinarlara laptop və komputerləri vasitəsilə qoşulur. Bəs, vebinara telefon vasitəsilə də qoşulmaq mümkündür? Bu və vebinarlarla bağlı sizi narahat edən sualların cavabını bu bloqda alacaqsınız. 


Vebinar nədir?

Daha spesifik mövzulara keçməzdən əvvəl bəzi oxucularımız üçün bir suala cavab vermək istəyirəm. Vebinar nədir? Vebinar, internetə çıxışı olan cihazlardan onlayn olaraq qoşula bildiyimiz seminarlara verilən addır. Əslində vebinar ideyası və terminin ortaya çıxması çox uzun illər əvvəl olmuşdur. Hələ 1980-ci illərdə, yeni internetin ilk ortaya çıxmağa başladığı zamanlarda seminarların virtual aləmə inteqrasiyası danışılırdı. Ancaq, bunun tətbiqi o zamanlar baş tutmadı. Baş tutma səbəbləri əlbəttə ki, həmin dövrdə ilkin mərhələlərində olan internetin kifayət qədər yayğın olmaması, internet bazasının güclü olmaması və digər səsəblər idi. 1996-cı ildə isə Microsoft şirkətinin təşkilatçılığı ilə ilk vebinar təşkil olunmuşdur. Bu vebinar Netmeeting platforması üzərindən həyata keçirilmişdir. O gündən bu yana bir çox şey dəyişib və istər internet, istərsə də texnologiya sahəsində önəmli yeniliklər yaşanıb. Microsoft firması hələ də vebinar platformasına sahibdir, amma o illlərdən fərqli olaraq artıq onlar rəqibləri də çoxdur. Bu rəqabət və insanların vebinarlara olan marağı onu deməyimizə imkan verir ki, onlayn seminarlar həyatımızın bir hissəsi olmağa gələcəkdə də davam edəcək. 


İstənilən mövzu ilə bağlı vebinar tapa bilərəm?

Bəli, vebinar platformalarının sayının çoxluğu, sahəyə olan marağın artması fərqli bir onlayn seminarları bizim üçün əlçatan edir. Burada biznes, təhsil, özünü inkişaf, yaradıcılıq, mühəndislik və bir çox fərqli sahə ilə bağlı onlayn seminarlar tapa bilərsiniz. Bu tip vebinarlarda izləyici kimi çıxış etmək sizə çox xeyir verəcəkdir. Hər şeydən əvvəl, vebinarda çıxış edən şəxsin danışdıqlarından və təcrübələrindən yararlanaraq, özünüz üçün bir yol cıza və yeni ideyalar ortaya çıxara bilərsiniz. Sirr deyil ki, bir çox insanın bu onlayn seminarlara qoşulma səbəbi də məhz daha təcrübəli şəxslərin təcrübəsindən yararlanmaqdır. Ən çox hansı mövzuda olan vebinarlara rast gəlinir? Ölkəmizdə təhsil və bizneslə bağlı olan vebinarların daha çox marağa səbəb olduğunu deyə bilərik. Minlərlə gəncimiz xaricdə təhsil xəyalları qurur, ancaq haradan başlamalı olduqlarını, nələr etməli olduqlarını bilmirlər. Amma, bu tip onlayn seminarlar onlara bir çox ideyalar verir. Bundan başqa xaricdə təhsil xəyalı quran şəxslər, öz xəyallarını gerçəkləşdirməkdə onlara kömək edə biləcək şirkətlərlə də bu vebinarlar vasitəsilə tanış ola bilərlər. Bizneslə bağlı olan onlayn seminarlarda çıxış edən insanların sayı da az deyil. Demək olar ki, hər kəsin hər hansı bir biznes planı var, ancaq bunu reallaşdırmaq üçün lazım olan mərhələləri hər kəs bilmir. Biznes vebinarlarda çıxış etmək sizə bəzi ideyalar verə və haradan başlamalı olduğunzuu sizə göstərə bilər. 


Mobil cihazla vebinara qoşula bilərəm? 

Düzdür istifadcəçilərin bir çoxu vebinarlara daha çox komputer və laptopları ilə qoşulur, ancaq mobil cihazlarla qouşulması dəstəkləyən yetərincə vebinar platforması var. Təəssüf ki, bu özəllik hər platformada yoxdur, amma düşünürəm ki, gələcəkdə digər vebinar platformalarına da bu özəllik gələcək. Çünki mobil cihazlar və planşetlər digər bir çox cihaza nəzərən daha çox istifadə olunur və daşınması da çox rahatdır. Bir çox insan məhz maşında, avtobusda gedərkən onlayn seminarlara qoşulmaq istəyir. Bu tip yerlərdə laptopla qoşulmaq isə bilindiyi kimi çoxda komfortlu deyil. 
Mobil cihazlardan vebinar keçirməyə və onlayn seminarlara qoşulmağa imkan verən platformalardan biri GetResponse Webinar-dır. Bu platformanın telefon tətbiqini öz cihazınıza yükləyərək, həm vebinar keçirə, həm də digər vebinarlara izləyici olaraq qatıla bilərsiniz. Bu tətbiq həm Android, həm də İOS əməliyyat sistemini istifadə edən mobil cihazlar üçün mövcuddur. Yəni, həm Google Play, həm də Apple App Store-dan proramı yükləyə bilərsiniz. GetResponse Webinar sizə nələr vəd edir? Bu tətbiq sizə aşağıdakı imkanları yaradacaq:

  • 1000 nəfərə qədər izləyiciyə təqdimat etmə şansı
  • Maksimum 4 ədəd olmaqla canlı video və audio yayın etmək imkanı
  • Səsli idarə rejimi
  • Sənədləri, videoları, hesabatları və təqdimatları təqdim etmək imkanı
  • Auditoriyanızı təsir altında saxlamaqda sizə kömək edəcək interaktiv seminar 
  • Onlayn təqdimat zamanı mesaj bölməsini aktiv etmək imkanı
  • Tədbirlərinizi qeyd edin və cihazınızın yaddaşında saxlamaq imkanı
  • Stastistik rəqəmləri izləmək imkanı

Bu tətbiq vasitəsilə vebinarı necə başlada bilərəm? Tətbiqi telefonunuza endirdikdən və hesab açdıqdan sonra, vebinarlar və idarə et bölməsinə daxil olursunuz. Daha sonra burada Təqdimatçı olaraq qoşul bölməsinə daxil olmalısınız. Son olaraq isə seminarı başlatmaq istədiyinizi bildirib “start event” başlığını seçirsiniz. Onlayn seminarını bitirmək üçün isə sırasıyla vebinarı tək et və bitir seçimlərini edirsiniz. 


ClickMeeting ilə vebinar

Vebinar proqramları arasında istifadəçilərin ən çox rəğbətini qazananlardan biri də məhz ClickMeeting-dir. Bu tətbiqi ən çox önə çıxaran özəlliklər demək olar ki bütün platformaları və əməliyyat sistemlərini dəstəkləməsi, interaktiv vebinar keçrimək imkanı yaratması, proqram dilinin sadə və rahat olması və sairədir. İnteraktiv vebinar nədir? Bu tip vebinarlarda siz yalnız izləyici olaraq yer almırsınız. Bəzi suallara cavab verərək, sorğularda iştirak edərək daha aktiv bir rol almış olursunuz. Bu tip vebinarlar son vaxtlar daha çox diqqət çəkməyə başlayıb. Çünki, bu həm izləyicilər, həm də vebinarda çıxış edən şəxs üçün daha maraqlı bir mühit yaradır. 
Siz də Play Marketdən bu tətbiqi endirib, istifadə etməyə başlaya bilərsiniz. Bu tətbiqin bir digər müsbət tərəfi 25 nəfər iştirakçıya qədər tam pulsuz olmasıdır. Pulsuz versiyanı bir ay boyunca istifadə etmək şansınız olur. Bu əsasən vebinarlarla yeni tanış olan insanlar üçündür. Daha böyük auditoriyalar qarşısında çıxış etmək üçün isə frəqli paketklərdən birini seçə bilərsiniz. Əgər siz də gələcək vebinar təşkil etmək istəyirsinizsə, bu tətbiqin pulsuz versiyasını istifadə edə və təcrübə qazana bilərsiniz. 

 

Zoho ilə vebinar

Mobil cihazınız vasitəsilə onlayn seminarlara qoşulmağınıza icazə verən digər bir platforma isə Zohodur. Digər nümunəmizdə olduğu kimi Zoho platformasının mobil tətbiqi də Android və İOS əməliyyat sistemlərinin hər ikisi üçün mövcuddur. Platformanın mobil tətbiqi Zoho meetings adlanır. Bu tətbiqin rəqiblərinə nəzərən bir qədər cavan olduğunu deyə bilərik. Buna görə də tətbiqin hələ də bəzi əksik tərəfləri var, ancaq bir çox insan Zohonu Zoomun alternativi olaraq görür. Bu proqramın sizə vəd etdikləri bunlardır:

  • İnteraktiv vebinar keçirmək imkanı
  • Asan istifadə olunması və əlçatan olması
  • Bütün ölkələrdən giriş imkanı
  • Hər kəsə uyğun qiymət siyasəti
  • Yüksək səviyyəli keyfiyyət

Bu özəlliklər arasında ən çox önə çıxan iki xüsusiyyətin qiymət siyasəti və interaktiv vebinar imkanları olmasını deyə bilərik. Eynilə Clickmeeting olduğu kimi burada da vebinarınıza qoşulan şəxslərə sual verə, onları müzakirələrə çəkə bilərsiniz. Bəs, Clickmeetinglə Zoho arasında fərqlər nələrdi? Ən önəmli fərqin qiymətlərlə bağlı olduğunu deyə bilərik. Əgər Zoho tətbiqi vasitəsilə sadə görüşlər keçirmək istəyirsinizsə, sizin üçün 10 dollardan daha ucuz paketlər var. Professional şəkildə vebinar keçirmək istəyənlər isə bir qədər daha çox ödəniş etməli olacaqlar. Bu iki tətbiqdən başqa da istifadə edə biləcəyim tətbiqlər var? Əlbəttə ki, mobil cihazlardan vebinarlara qoşulmaq bir neçə əvvələ qedər çox da cəlbedici gəlməsə də, artıq müasir dünyanın tələbləri dəyişib. Şirkətlər də artıq mobil tətbiq sahəsinə daha çox fikir verməyə başlayıblar. Hal-hazırda Zoom və Microsoft teams kimi daha populyar platformalardan əlavə, nisbətən kiçik vebinar platformaları da öz mobil tətbiqlərinə sahibdirlər. 

 

Vebinar platformalarını mobil cihazlara çəkən əsas səbəblər:

Sirr deyil ki, günümüzdə insanların bir çoxu komputer və laptop kimi cihazlardansa, mobil cihazları istifadə etməyə üstünlük verir. Əlbəttə ki, burada əsəs səbəb bu cihazların çox daha rahat daşına bilməsidir. Vebinarların da mobil cihazlara keçməsinin əsəs səbəbi məhz budur, əlçatan olmaq. Vebinarların standart seminarlardan əsas fərqi hər yerdən qoşulma şansı yaratmasıdır və mobil cihazlar bu tərifə daha uyğun gəlir. Bir növ belə tətbiqlərin insanların tənbəllik edərək vebinarlardan uzaq durmasının qabağını aldığını deyə bilərik. Digər bir səbəb isə istifadə rahatlığıdır. Gündəlik həyatda mobil cihazların nisbətən kiçik ekranına baxmağa alışdığımız üçün mobil tətbiqləri istifadə etmək bizə daha rahat və sadə gəlir. Bu və bunun kimi bir çox səbəbin mobil cihazlarda vebinar istifadəsini daha çox artıracağını desək, yanılmarıq. 

 

Vebinara qoşulmaq üçün nələrə ehtiyacım var?

Onlayn bir seminara qoşulmaq üçün ehtiyac duyulan vasitələri əldə etmək elə də çətin deyil. Əlbəttə ki, ilk növbədə sürətli bir internetə sahib olmalısınız. Internet sürətinin kifayət qədər olmaması görüntü və səs  keyfiyyətinin aşağı olmasına, onlayn seminardan aldığınız faydanın və marağın azalmasına səbəb olacaqdır. Ehtiyac duyacağınız digər bir cihaz isə internətə qoşul bilən hər hansı bir cihazdır. Bu mobil telefon, planşet, komputer və ya laptop ola bilər. Sadalanan cihazlar üçün hər hansı xüsusi tələblər yoxdur. Cihazın köhnə və ya təzə olmasının həddindən artıq təsir etməyəcəyini deyə bilərik. Ancaq əməliyyat sisteminiz çox köhnə bir versiya olarsa, problem yaşaya bilərsiniz. Onlayn seminara komputer və laptopla qoşulmaq istəyən şəxslərin sahib olmalı olduğu digər cihazlar kamera, qulaqcıq və mikrofondur. Bəli, bir çox cihaz mikrofon və kameraya sahib olur, amma adətən onların vədetdiyi özəlliklər çox da yüksək olmur. Buna görə əlavə mikrofon və kameradan istifadə etməyiniz daha yaxşı olacaqdır. Əlbəttə ki, bunlar vebinarda çıxış edəcək şəxslər üçün daha vacibdir. Telefonla qoşulacaq olan şəxslərin isə qulacığa sahib olması kifayət edəcəkdir. Son olaraq onu da qeyd etməliyəm ki, onlayn seminara qoşulduğunuz otağın işıqlandırması da önəmlidir. Üzünüz aydın görülməsi üçün işıqlandırması daha yaxşı olan bir otaqdan vebinara qoşula və ya əlavə isıqlandırmadan istifadə edə bilərsiniz.